İcra başçısının müavini vəzifəsindən azad edilib
Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavinlərindən biri vəzifəsindən azad edilib.
Məlumata əsasən, icra başçısnın əmri ilə başçının müavini, həmçinin Şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifəsini icra edən Əliyev Gündüz Aydın oğlu vəzifəsindən azad edilib.
2 sentyabr 2015-ci il tarixindən etibarən Zakir Fərəcov Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısıdır.
İki gün öncə icra başçısının əmri ilə Fərid Ələkbərov Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının müavini təyin edilib.