"Vergi yoxlamaları 3 dəfə azalıb"

2018-ci ildə Azərbaycanda 1500-ə yaxın səyyar vergi yoxlaması aparılıb.
"BI"nin məlumata görə, bunu vergilər nazirinin müavini Sahib Ələkbərov bu gün Bakıda keçirilən “Regionların 2014-2018-ci illərdə sosial iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunmuş konfransda bildirib.
Onun sözlərinə görə, bu, 2017-ci ilə nisbətən 3 dəfə azdır.