Gündəm

Dövlət Agentliyində YENİ TƏYİNAT

Mehriban Rəsulova Dövlət Məşğulluq Agentliyində Peşə hazırlığı departamentinin direktoru vəzifəsinə təyin olunub.

ENA.az xəbər verir ki, M.Rasulova buna qədər Bakı Ali Neft Məktəbi, Elm və Təhsil Nazirliyi, Dövlət İmtahan Mərkəzində çalışıb.

O, Şotlandiyanın Qlazqo Universitetində Turizmin inkişafı üzrə magistr dərəcəsinə yiyələnib.

Xatırladaq ki, hazırda DMA-nın 14 departamenti var.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)