“Silk Way Holding”in biznesinə yenidən yatırım edilir – Kapitalı 180 milyona çatdı
Azərbaycanda karqo reysləri həyata keçirən “Silk Way Holding”in törəməsi “Silk Vey Vest Aviaşirkəti” MMC-nin (Silk Way West Airline) nizamnamə kapitalı artırılmaqla 180 mln. manata çatdırılıb.
Məlumata görə “Silk Way West Airline”nın nizamnamə kapitalı 3 587 752 manat, yaxud 2% artırılmaqla 179 387 584 manata çatdırılıb.
Sonuncu dəfə aviaşirkətin nizamnamə kapitalı 2022-ci ilin üçüncü rübü 3 708 664 manat, yaxud 2.16% artırılmaqla 175 799 832 manata qaldırılmışdı.