Bank

Azərbaycana gələn pul baratları və nağd dövriyyədə böyük artım

2022-ci ildə Azərbaycana 3,4 milyard ABŞ dolları məbləğində pul baratları daxil olub. Bu, 2021-ci illə müqayisədə 3 dəfə çoxdur. 

Azərbaycan Mərkəzi Bankının “Pul siyasəti icmalı”na istinadən xəbər verir.

Məlumata görə, 2021-ci ildə fiziki şəxslərin Azərbaycana pul köçürmələri 1 milyard 133,391 milyon dollar təşkil edib ki, bu da 2020-ci illə müqayisədə 3,6% çoxdur.

Onu da qeyd edək ki, Azərbaycanda 2023-cü ilin yanvarın 1-nə nağd dövriyyə 14 milyard manat təşkil edib və bu, ötən ilin eyni dövründəkindən 2 milyard manat çoxdur. 

Dövriyyədə olan nağd pul kütləsinin pul bazasına nisbəti isə 70.4%-dir və bu kifayət qədər böyük məbləğdir. 

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)