“Kapital Bank” səhmdarlarına dividend ödəyəcək
Azərbaycanda ən iri xidmət şəbəkəsinə malik olan “Kapital Bank” ASC elan verib ki, 31 mart 2023-cü il tarixdə səhmdarların növbəti ümumi yığıncağı keçirləcək və onları həmin iclasa dəvət edib.
Yerləşdirilən elana əsasən, “Kapital Bank”ın səhmdarlarının iclasının gündəliyinə 2022-ci ilin yekunlarına dair maliyyə hesabatının təsdiqi, ötən ilin maliyyə yekunlarına əsasən dividend ödənilməsi, bankın nizamnaməsinə yeni redaksiyada təsdiq edilməsi məsələsi və digər məsələlər daxil edilib.