Azərbaycan nefti ucuzlaşdı
"Azeri Light" markalı Azərbaycan nefti ucuzlaşmaqda davam edir.
ENA.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,45 ABŞ dolları, yaxud 1,73 % azalaraq 82,60 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb.