İnşaat və əmlak

“ADA” Universitetinin yeni tədris binalarının tikintisi 9.3 milyon manata başa gələcək

“ADA” Universiteti “Ricon” MMC ilə 9.3 milyon manatlıq müqavilə bağlayıb.

ENA.az xəbər verir ki, müqavilədə ““ADA” Universitetinin ərazisində “Cənub Kampusu” layihəsi çərçivəsində yeni tədris binalarının (F və G binaları) ümumtikinti işləri”nin satın alınması nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 9 342 559 manatdır.

Qeyd edək ki, 2003-cü ildə qurulmuş “RİCON” MMC enerji obyektlərinin inşası, meliorasiya, sənaye və mülki inşaatı ilə məşğul olur. Şirkətin nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Rəşad İsmayılovdur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)