ABŞ rəsmisindən Türkiyə banklarına - Xəbərdarlıq
ABŞ maliyyə nazirinin terrorizmlə mübarizə və maliyyə kəşfiyyatı üzrə müavini Brayan Nelson İstanbulda səfərdə olarkən Türkiyə banklarına Rusiya ilə ticarət əməkdaşlığının inkişafı səbəbindən sanksiyaların tətbiqi riski barədə xəbərdarlıq edib.
ENA.az xəbər verir ki, müvafiq bəyanat ABŞ Maliyyə Nazirliyinin saytında dərc edilib.
“Son bir ildə ikinci dərəcəli türk ixracatının və ya Rusiyaya təkrar ixracın artması Türkiyənin özəl sektorunu nüfuz və sanksiya risklərinə qarşı xüsusilə həssas edir”, - bəyanatın mətnində deyilir.
Sanksiya risklərini azaltmaq üçün Nelson maliyyə qurumlarını Rusiya hüquqi və fiziki şəxsləri ilə əməliyyatların intensiv yoxlanılmasını həyata keçirməyə çağırıb.