Ukraynada “Bayraktar” istehsalı ilə daha bir razılıq əldə olunub
Ukraynada “Bayraktar” zavodunun yerləşəcəyi ərazi ilə bağlı razılıq əldə olunub.
ENA.az “Ukrinform”a istinadən xəəbr verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyindən bildirilib.
Məlumata görə, mərkəzin yeri, torpaq sahəsinin istifadəyə verilməsi və aerodromdan birgə istifadə məsələlərinin həlli ilə bağlı yol xəritəsi hazırlanıb.
Qeyd olunub ki, zavod üçün 6000 hektardan çox torpaq sahəsi ayrılıb.
Nazirlər Kabineti 2025-ci ildə Ukraynada "Bayraktar" pilotsuz uçuş aparatları zavodunun işə salınacağını və ilk istehsalını proqnozlaşdırır.
Xatırladaq ki, Ukraynada "Bayraktar TB2" istehsalı zavodunun tikintisi üçün bütün qanunvericilik bazası formalaşıb və gələcək müəssisənin layihəsi tamamlanıb.