Etdiyi səhv ona 17 milyon avro qazandırdı
Fransa vətəndaşı elektron biletin oyun tarixinin seçimində yol verdiyi səhv nəticəsində lotereyada 17 milyon avro qazanıb.
ENA.az xəbər verir ki, Fransanın qumar oyunları tənzimləyicisi “Francaise des jeux” bunun yanvar ayında baş verdiyini açıqlayıb.
Lotereyanı internet vasitəsi ilə oynayan iştirakçı öz bəxtini cümə günü, ayın 13-də sınamaq istəsə də, tarix seçimində səhvən yanvarın 14-nü qeyd edib.
Adının açıqlanmasını istəməyən 40 yaşlı fransalı bundan sonra işdən çıxaraq sahibkarlıqla məşğul olmağa, ev almağa və səyahət etməyə hazırlaşır.