Gündəm

Putin : "Bizi yenidən alman tankları ilə təhdid edirlər"

Rusiya prezidenti Vladimir Putin Qərbin Ukraynaya tank tədarük etməsinə münasibət bildirib.

ENA.az xəbər verir ki, bu barədə o, Stalinqrad döyüşündə qələbənin ildönümü şərəfinə təşkil olunan konsertdə çıxışı zamanı danışıb.

Putin 80 il əvvəl baş vermiş hadisələrlə paralellər aparıb, Rusiyanın yenidən alman tankları tərəfindən təhdid edildiyini deyib.

“Avropa ölkələrini məsuliyyətsizcəsinə Rusiya ilə yeni müharibəyə cəlb edənlər, görünür, başa düşmürlər ki, Rusiya ilə müasir müharibə tamamilə fərqli olacaq. Biz onların sərhədlərinə tank göndərmirik, lakin zirehli texnii təhlükəsi yaranarsa, məsələ bununla bitməyəcək”, - deyə Putin qeyd edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)