Axtar

Sumqayıt prokuroru vəzifəsindən azad edildi

Sumqayıtın prokuroru işdən azad edilib.

Bununla bağlı Baş Prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, Sumqayıt şəhər prokuroru Müqəddəs Sultanov vəzifəsindən azad edilib.

Baş Prokurorluğun Mətbuat xidməti məlumatı təsdiqləyib.

Bildirilib ki, həmin vəzifənin icrası Sumqayıt şəhər prokurorunun müavini İsmayıl Abıyevə həvalə edilib.

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33