2022-ci ildə Azərbaycan banklarının mənfəəti 1,5 dəfə artıb
31 dekabr 2022-ci il tarixinə Azərbaycanın bank sisteminin cəmi aktivləri 47 milyard 54,9 milyon manatdır, bu o deməkdir ki, il əraində 22,3% artım qeydə alınıb (31 dekabr 2021-ci il tarixinə bankların aktivləri 38 milyard 462,2 milyon manat idi).
Aktivlərin 40,4%-i kreditlərdir və 2023-cü ilin əvvəlinə bankların kredit portfeli ümumi 19 milyard 594,35 milyon manat olub. Bu o deməkdir ki, illik 17,6% artım baş verib.
Bankların ümumi kapitallaşması 13,1% artaraq 5 milyard 622,09 milyon manat təşkil edib.
Bankların öhdəlikləri 41 milyard 432,8 milyon manata (artım 23,7%) bərabərdir. Bankların Mərkəzi Bank qarşısında öhdəlikləri 32% azalaraq 217 milyon manatolub. Banklarda depozit portfeli 33 milyard 762,56 milyon manat (artım 25,3%), əhalinin əmanətləri 11 milyard 482,95 milyon manata (artım 27,1%) çatıb. Rezidentlərin bank əmanətlərinin həcmi 10 milyard 568,7 milyon manat, qeyri-rezidentlərin – 1 milyard 174.2 milyon manat təşkil edir. 2022-ci ildə rezidentlərin əmanətlərinin həcmi 18,2%, qeyri-rezidentlərin əmanətlərinin həcmi isə 3,9 dəfə artıb.
Tənzimləyicinin məlumatına görə, 2022-ci ildə bankların ümumi xalis mənfəəti 914,47 milyon manat təşkil edib və bu, 2021-ci illə müqayisədə 50,2% çoxdur.
Hesabat dövründə bankların faiz gəlirləri 2 milyard 738,8 milyon manat (artım 30%), o cümlədən verilmiş kreditlər üzrə 2 milyard 194,4 milyon manat (artım 28,5%) təşkil edib.
Bankların qeyri-faiz gəlirləri 1 milyard 215,97 milyon manat məbləğində (artım 38,8%) olub.
Bu dövrdə bankların faiz xərcləri 657,8 milyon manat (artım 22,2%), o cümlədən depozitlər üzrə 458,98 milyon manat (artım 26,7%), qeyri-faiz xərcləri 1 milyard 885,2 milyon manat (artım 28,2%) təşkil edib.
2022-ci ilin yekunları üzrə bank sektorunun əməliyyat mənfəəti 1 milyard 371,35 milyon manat (artım 45,5%) təşkil edib.
Hesabat dövründə bankların vergi ödənilənədək ümumi mənfəəti 1 milyard 175,96 milyon manat (artım 1,5 dəfə), mənfəət vergisi üzrə ödənişlər 261,48 milyon manat (artım 57,9%) məbləğində qiymətləndirilir.
31 dekabr 2022-ci il tarixinə respublikada 25 bank fəaliyyət göstərir. Bu bankların 11-i xarici kapitallıdır.
Bankların 487 filialı (2021-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 1,7%) və 91 şöbəsi (2021-ci ilin sonuna 97) var.