Gündəm

Türkiyə “Kızılelma”nı havaya qaldırdı

Türkiyənin “Baykar” şirkəti tərəfindən istehsal edilən “Kızılelma” pilotsuz döyüş təyyarəsi növbəti uçuşunu həyata keçirib.

Bu barədə şirkətin sosial media hesabında məlumat yayılıb.

Bildirilib ki, pilotsuz qırıcı ikinci uçuşunu uğurla başa vurub. Sınaqlar Çorlu şəhərində təşkil olunub.

Qeyd edək ki, “Kızılelma” tamamilə milli və yerli resurslarla istehsal edilib. Çoxlu sayda sursat və raket daşıyan pilotsuz təyyarə F-16 döyüş təyyarələrinə dəstək məqsədilə istifadə ediləcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)