BİZNES

8 milyonluq “Arkoz İnşaat” şirkəti “Gəmiqaya İnşaat”dan ayrıldı

“Arkoz İnşaat Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətinin tərkibindən “Gəmiqaya İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti ayrılır.

ENA.az xəbər verir ki, ayrılma nəticəsində “Arkoz İnşaat Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti yenidən təşkil edildiyini elan edir.

Qeyd edək ki, “Arkoz İnşaat Şirkəti” MMC 2005-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 8 250 034 manatdır və qanuni təmsilçisi Volkan Ozerdir.

Xatırladaq ki, “Gəmiqaya İnşaat” MMC “Gəmiqaya Holdinq”ə daxildir. “Gəmiqaya Holdinq”in də adı dəyişdirilərək “Arkoz Holdinq” olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)