Sosial iqtisadiyyat

2023-cü il üçün “Vətəndaşın büdcə bələdçisi” hazırlanıb

Maliyyə Nazirliyi Azərbaycanın 2023-cü ilin dövlət və icmal büdcələri ilə bağlı məlumatları özündə birləşdirən “Vətəndaşın büdcə bələdçisi”ni hazırlayıb.

ENA.az xəbər verir ki, hər il ənənəvi olaraq hazırlanan bələdçidə dövlət və icmal büdcələrin əsas parametrləri, büdcə layihəsinin hazırlanması prosesində görülmüş işlər, büdcə gəlirlərinin formalaşma mənbələri və xərclərin istiqamətləri barədə əsas məlumatlar əks olunub.

“2023-cü ilin dövlәt büdcәsi dünyada mövcud olan geosiyasi gәrginlik fonunda yaranmış yeni iqtisadi çağırışlara vә Böyük Qayıdışın tәlәblәrindәn meydana çıxan reallıqlara әsaslanır. Bu siyasәtә uyğun olaraq, növbәti ildә işğaldan azad olunmuş әrazilәrin minalardan tәmizlәnmәsi, zәruri infrastrukturun yaradılması işlәrinin daha da sürәtlәndirilmәsi, şәhәr vә rayonlarımızın bәrpası әsas prioritetlәrdәn biridir. Eyni zamanda, ordumuzun müdafiә qabiliyyәtinin daha da möhkәmlәndirilmәsi, dövlәt sәrhәd xәtlәrinin bәrpası vә qorunması, milli tәhlükәsizlik tәdbirlәrinin, vәtәndaşların layiqli vә keyfiyyәtli hәyat şәraitinin tәmin edilmәsi büdcәnin әsas xәrc prioritetini tәşkil edәcәkdir”, – deyə bələdçidə qeyd edilib.

Qeyd edilib ki, beynəlxalq fiskal diaqnostika alətlərinin, xüsusilə də Açıq Büdcə Sorğusunun metodologiyasına və tələblərinə uyğun olaraq hazırlanan sənəd büdcə şəffaflığının və hesabatlılığının artırılması istiqamətində son illərdə Maliyyə Nazirliyi tərəfindən həyata keçirilən tədbirlərin tərkib hissəsidir.

Bələdçi ilə BU LİNK vasitəsilə tanış ola bilərsiniz.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)