Zelenskidən Putinin atəşkəs çağırışına REAKSİYA
Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın atəşkəs təklifinə münasibət bildirib.
ENA.az xəbər verir ki, bu barədə o, gecə videomüraciəti zamanı danışıb.
Ukrayna lideri hesab edir ki, Putin atəşkəs bəhanəsi ilə Ukraynaya və Avropaya qarşı yeni təcavüz dalğasına hazırlaşır.
Zelenskinin sözlərinə görə, Rusiya təmas xəttində öz mövqelərini möhkəmləndirmək üçün atəşkəs rejimindən istifadə etmək niyyətindədir.
“Onlar Donbasda bizim oğlanların irəliləyişini bir müddət dayandırmaq, texnika, sursat və səfərbərlik qüvvələrini mövqelərimizə yaxınlaşdırmaq üçün Milad bayramından pərdə kimi istifadə etmək istəyirlər", - deyə Zelenski vurğulayıb.
Xatırladaq ki, bu gün Prezident Vladimir Putin Rusiya müdafiə naziri Sergey Şoyquya Ukraynada bütün cəbhəboyu atəşin dayandırılması barədə göstəriş verib. Milad bayramı ilə əlaqədar elan edilən atəşkəs rejimi yanvarın 6-ı yerli vaxtla saat 12:00-dan yanvarın 7-i saat 00:00-a qədər qüvvədə olacaq.