Hesabatlar

“Caspian Energy Turkiye”nin rəhbərliyi dəyişdi

“Caspian Energy Turkiye” yeni sədr təyin edilib.

Bu barədə “Caspian Energy Club”un sədri və qrupun baş icraçı direktoru Telman Əliyev bildirib.

Onun sözlərinə görə, Süleyman Məcidli, Türkiyə ərazisində “Caspian Energy Club”-un maraqlarını təmsil edəcək və eyni zamanda layihələrini idarə edəcək.

Məcidli Süleyman Mikayıl oğlu 1991-ci il sentyabrın 25-də Masallı şəhərində anadan olub. 1997-ci ildə Bakı şəhəri, Nəsimi rayonu, Namiq Məmmədov adına 9 saylı tam orta məktəbdə təhsil həyatına başlayıb. 2003-cü ildə Bakı Özəl Türk Liseyinə daxil olub və 2008-ci ildə məzun olub. Elə həmin il Türkiyə Respublikasının aparıcı universitetlərindən biri olan Orta Doğu Texnik Universitetinin (ODTÜ)Mühəndislik fakültəsinin Elektrik və Elektronika mühəndisliyi ixtisasına daxil olub. Universiteti bitirdikdən sonra karyerasına başlamışdır.

2012-2016-cı illərdə Türkiyə Respublikasının Ankara şəhərində Elektrik avadanlıqları zavodunda “Keyfiyyətə nəzarət üzrə mühəndis”, “SCADA mühəndisi” vəzifələrində çalışmışdır.

2016-2017-ci illərdə Rusiya Federasiyasının, Moskva şəhərində, “BOES Construction” firmasında elektromexanik işlər departamentində “Xərclərə nəzarət və planlama koordinatoru” vəzifəsində çalışmışdır.

2017-2019-cu illərdə Bakı şəhərində, “Buxar MMC”-də “Biznesin inkişafı üzrə mühəndis” vəzifəsində və 2019-cu ildən günümüzə qədər isə qlobal enerji təminatçılarından olan “Aggreko” şirkətinin Azərbaycan nümayəndəsi olaraq çalışmaqdadır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)