Gündəm

Prezident Vahid Hacıyevə yüksək vəzifə verdi

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayı.

Sərəncama əsasən, Vahid Rasim oğlu Hacıyev Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.

Xatırladaq ki, cari ilin mayın 4-ü Vahid Hacıyev Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan və işğaldan azad edilmiş Zəngilan rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi təyin edilmişdi.

Qeyd edək ki, Vahid Hacıyevin anası Lalə Hacıyeva (Mirzəyeva) Bakı Dövlət Universitetində çalışır, filologiya elmləri namizədidir. Lalə Hacıyeva mərhum jurnalist Osman Mirzəyevin qızıdır. O, vaxtilə “Lalə Mirzəyeva” imzası ilə BBC radiosunun Azərbaycan xidmətinin əməkdaşı olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)