Qarabağ

Rusiyadan Laçın dəhlizilə bağlı yol xəritəsi gözləyirik - Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan Laçın yolundakı son vəziyyətə münasibət bildirib.

ENA.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, Paşinyan bu barədə hökumətin iclasında danışıb.

O, dəhlizlə bağlı rəsmi Moskvadan addımlar gözlədiklərini vurğulayıb.

"Ermənistan Nazirlər Kabineti Rusiya tərəfindən Laçın dəhlizi ilə bağlı yol xəritəsinin təqdim olunmasını gözləyir", - deyə Paşinyan bildirib.

O, beynəlxalq tərəfdaşları vəziyyət barədə məlumatlandırılmalı olduğunu vurğulayıb.

Qeyd edək ki, Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı ekoloqlar, qeyri-hökumət təşkilatlarının nümayəndələri və fəallar tərəfindən Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan etiraz aksiyası 18 gündür davam edir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)