Bu peşə sahibləri 5 il erkən pensiyaya çıxa biləcək
Xəbər verdiyimiz kimi, Nazirlər Kabinetinin yeni Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əlavələr edilib.
Siyahıya yeni 59 vəzifə və peşə əlavə edilib ki, həmin sahələrdə çalışan şəxslərə də 5 il erkən pensiyaya çıxmaq hüququ verilib.
Banker.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, onların sırasına metropoliten və dəmir yolları sahəsində xidmətlərin göstərilməsi, dəmir-filiz ehtiyatlarının hasilatı və emalı, tikinti, quraşdırma, təmiri və s. sahələrinə aid vəzifə və peşələr daxildir.
Qeyd edək ki, bundan əvvəl cari ilin iyun ayında da “Əmək pensiyaları haqqında” Qanunda 50-dək əlavə və dəyişiklik edilməklə, erkən pensiya hüququ olan kateqoriyaların sırası artırılıb.