Baş nazir əmək pensiyaları ilə bağlı qərar imzalayıb
“Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda dəyişiklik edilib.
ENA.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Siyahıya əlavə edilməsi təklif edilən 59 vəzifə və peşə üzrə çalışan şəxslərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranacaq və attestasiya protokollarının yekunlarına əsasən həmin vəzifə və peşələrin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrin siyahısına daxil edilməsi məqsədəuyğun hesab olunur.
Siyahıda aşağıdakı dəyişikliklər edilib:
1.1. 2-ci hissənin adına “, filiz” sözündən əvvəl “, emalı” sözü əlavə edilsin;
1.2. 2.3-cü bənd üzrə:
1.2.1. adına “yandırılması.” sözündən sonra “Filizin emalı.” sözləri əlavə edilsin;
1.2.2. “a) fəhlələr” abzası üzrə:
1.2.2.1. “kömürü qəbul edən nəzarətçilər” sətrindən sonra aşağıdakı məzmunda yeni sətir əlavə edilsin: qırma, daşıma, topaqələviləşdirmə sahələrində nəzarətçilər.
1.2.2.2. “növbətçi və avadanlığın təmiri üzrə elektrik çilingərləri (çilingərlər)” sətrindən sonra aşağıdakı məzmunda yeni sətirlər əlavə edilsin:
qaynaqçılar, əməliyyat bölməsində operatorlar qırma, daşıma, topaqələviləşdirmə sahələrində operatorla metallurqlar.
1.2.3. “b) rəhbərlər və mütəxəssislər:” abzası üzrə:
1.2.3.1. “sex rəisləri, onların müavinləri” sətrindən sonra aşağıdakı məzmunda yeni sətirlər əlavə edilsin:
əməliyyat bölməsinin rəhbəri texniki xidmət və inzibati dəstək bölməsinin rəhbəri
geologiya və dağ-mədən işləri bölməsinin rəhbəri
kəşfiyyat işləri üzrə müdir-layihə müdiri
mühəndislər, o cümlədən elektrik mühəndisləri.
1.2.3.2. “sex mexanikləri” sətrindən sonra aşağıdakı məzmunda yeni sətir əlavə edilsin:
elektriklər, baş elektriklər
1.2.3.3. “energetiklər” sətrinin əvvəlinə “bütün adlarda” sözləri əlavə edilsin;
1.2.3.4. “sex energetikləri” sətrindən sonra aşağıdakı məzmunda yeni sətir əlavə edilsin: filizə nəzarət texnikləri
1.3. 10.2-ci bənd üzrə:
1.3.1. adı aşağıdakı redaksiyada verilsin:
“10.2. Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi”;
1.3.2. “a) fəhlələr:” abzasına “qüllə quraşdırıcı-elektrik montyorları” sətrindən sonra aşağıdakı məzmunda yeni sətir əlavə edilsin:
kompressor qurğularının maşinistləri
1.4. 21.5-ci bənd üzrə:
1.4.1. ikinci sətir 21.5.1-ci yarımbənd hesab edilsin;
1.4.2. “elektrik mexanikləri” sətrindən sonra aşağıdakı məzmunda yeni sətirlər əlavə edilsin:
elektrik qatarlarının (seksiyalarının) maşinistləri
elektrik qatarlarının (seksiyalarının) maşinistlərinin köməkçiləri motovoz maşinistləri
motovoz maşinistlərinin köməkçiləri
kompressor qurğusunun maşinisti
drezin sürücüsünün köməkçisi
yol nəzarətçisi
tunel fəhlələri
süni qurğular təmirçisi
süni qurğular baxıcısı
yol baxıcısı
yol montyoru
metropolitenin stansiya və tunel avadanlıqlarına xidmət göstərilməsi üzrə elektrik çilingərləri avadanlıqların təmiri və qulluğu üzrə elektrik çilingəri
metropolitenin metal konstruksiyalarına xidmət göstərilməsi və təmiri üzrə elektrik çilingərləri
metropolitenin avadanlıqlarına xidmət göstərilməsi üzrə elektrik çilingərləri
eskalatora xidmət göstərilməsi və təmiri üzrə elektrik çilingəri
rezin məmulatların təmirçisi
markşeyder işlərində dağ-mədən fəhləsi
nəzarət vaqonunun tənzimləyicisi
çəkiclə işləyən dəmirçi
kontakt qaynaq maşınının qaynaqçısı
yol, maşın və mexanizmlərin tənzimləyiciləri
daxili sanitar-texniki sistem və avadanlıqların montajçısı
ultrasəsli defektoskop aparatının operatorları və operator köməkçiləri
ultrasəs nəzarəti üzrə defoktoskopçular
izoləedicilər
kabel lehimləyicisi
əl ilə qaynaqda elektrik qaynaqçısı
1.4.3. aşağıdakı məzmunda 21.5.2-ci yarımbənd əlavə edilsin:
21.5.2. Yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daimi məşğul olan rəhbərlər, mütəxəssislər, texniki icraçılar:
bütün adlarda tunel ustaları (böyük tunel ustaları, tunel ustaları,
tunel usta köməkçiləri)
böyük elektrik mexanikləri
elektrik mexanikləri (rabitə üzrə elektrik mexaniki)
elektronçu
təlimatçı maşinist
4
1.5. 29-cu hissə üzrə:
1.5.1. “a) fəhlələr:” abzasının ikinci və üçüncü sətirləri
aşağıdakı redaksiyada verilsin:
asfalt və beton döşəyənlər
asfalt və beton bişirənlər.
1.5.2. “Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər” bəndinin “a) fəhlələr:” abzasına “pardaqlayıcı
üzçəkənlər” sətrindən sonra aşağıdakı məzmunda yeni sətirlər əlavə edilsin:
üzlükçülər
üzlükçü-tavaçılar
üzlüklü-plitəçilər.