Prezidentin Naxçıvan üzrə səlahiyyətli nümayəndəsi bu şirkətdən GƏTİRİLDİ
Prezident İlham Əliyev bu gün özünün Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsinin təyin edilməsinə dair sərəncam imzalayıb.
Ölkə başçısının sərəncamı ilə Fuad Vahid oğlu Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilib.
ENA.az saytı Fuad Nəcəflinin kimliyini araşdırarkən məlum olub ki, onun barəsində olduqca məhdud informasiya mövcuddur.
Yalnız onu dəqiqləşdirə bildik ki, F.Nəcəfli bu təyinatadək Sumqayıt Texnologiyalar Parkının nəzdində yaradılan MMC-lərdən birində yüksək vəzifədə çalışıb.
Belə ki, o, Sumqayıt Texnologiyalar Parkının armatur istehsal edən Metaləritmə Zavodunun əsasında yaradılmış “STP AH” MMC-nin Müşahidə Şurasının üzvü olub.