"İranı tərk edin" - Belçika vətəndaşları həbs və əsassız mühakimə edilmə riski ilə üzləşəcəklər

Belçika Xarici İşlər Nazirliyini ölkə vətəndaşlarını, o cümlədən ikili vətəndaşlığı olan şəxsləri İranı tərk etməyə çağırıb.
Nazirliyin bununla bağlı açıqlamasında bildirilib ki, İranda olan Belçika vətəndaşları həbs və əsassız mühakimə edilmə riski ilə üzləşəcəklər:
“Bu risk hətta İranda turizm məqsədi ilə səfərdə olan insanlara da şamil edilir. Vətəndaşlarımız həbs olunarsa, onların insan hüquqlarının qorunacağına təminat yoxdur”.