Nəticələrdən şikayət etsək, hələ 30 il bu barədə düşünəcəyik - Emin Əmrullayev
30 il müstəqillik dövründə ancaq qəbul və buraxılış imtahanlarındakı nəticələrdən şikayət etsək, növbəti otuz ildə də bu barədə düşünəcəyik.
ENA.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda ictimai dinləmədə bildirib.
"Uşaqların niyə aşağı nəticə göstərməsi hər dəfə sual olaraq verilir. Amma biz burada bunun niyəsini tapmalıyıq. Biz deyirik ki, hər il ikirəqəmli faizlərlə uşaqlar qəbul və buraxılış imtahanlarında bizim arzu etdiyimiz nəticəni göstərmir. Uşaqlar bizim gələcəyimizdir. Ona görə də məsələnin mahiyyətinə varmağımızda böyük fayda var. Fərqi yoxdur nazir kimdir, bunun üzərində işləməliyik", - nazir çıxışında vurğulayıb.