Birja

Azərbaycan nefti bahalaşıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti 3 dollara yaxın bahalaşıb.

ENA.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 2,9 ABŞ dolları, yaxud 3,49 % artaraq 85,94 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dollarından götürülüb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department