Dövlət bankı vəsaitinin 1/3-ni müxbir hesabda və nağd saxlayır: AzərTürk Bank
Azərbaycanın ilk dövlət bankı olan “AzərTürk Bank” 2018-ci ilin yekun hesabatını açıqlayıb. Bankın aktivləri artsa da, ilin yekunu üzrə mənfəəti kəskin azalıb .
Aktivləri 9,8% artıb
"BI" xəbər verir ki, "Azər-Türk Bank"ın 2018-ci ilin sonunda aktivləri illik müqayisədə 9,8% artaraq 365 milyon 368 milyon 306 min manata çatıb. Aktivlərin strukturunda müştərilərə verilən kreditlərin həcmi ötən il ilə müqayisədə 38,3% artaraq 165 milyon 620 min manat olub. Bankın nağd vəsaitləri və Mərkəzi Bankda müxbir hesabları 102 milyon manat təşkil edib. Digər banklara verilən borclar isə 34 milyon 28 min manat olub.
Kapital gəlirliliyi yüksəkdir
Bankın öhdəlikləri illik müqayisədə 12,1% artaraq 314 milyon 838 min manata yüksəlib. Banklar və maliyyə müəssisələri qarşısında öhdəlikləri 2 dəfəyə yaxın artaraq 111 milyon 250 min manata çatıb. Müştəri hesabları isə illik müqayisədə 8,2% azalıb və 200 milyon 324 min manat təşkil edib. Bankın cəmi kapitalı 53 milyon 468 min manat, nizamnamə kapitalı 50 milyon manat, məcmu kapitalı isə 52 milyon 327 min manatdır. Bankın kapitalı üzrə gəlirliliyi çox yüksəkdir və 10% normaya qarşı 24% təşkil edir.
Mənfəəti 6,7 dəfə azalıb
Mənfəət və zərər hesabatına əsasən, bankın faiz gəlirləri 17 milyon 896 min manat, faiz xərcləri 7 milyon 603 min manat, qeyri-faiz gəlirləri 10 milyon 745 min manat, qeyri-faiz xərcləri isə 3 milyon 339 min manat təşkil edib. "AzərTürk Bank"ın əməliyyat gəliri 19 milyon 219 min manat olub. İnzibatı xərcləri 18 milyon 940 min manat təşkil edib. Bank 2018-ci ili 169 min manat xalis mənfəətlə başa vurub. Bu göstəricidə ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,7 dəfə azalma deməkdir. "AzərTürk Bank" 109 min manat mənfəət vergisi ödəyib
Bankın dividentlərinin məbləği 2018-ci ildə 928 min manat olub. Halbuki, ondan əvvəlki ildə 1 milyon 900 min manat olub.