Neft ucuzlaşır

Dünya birjalarında neftin qiyməti azalıb.
"BI" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,13 dollar və ya 0,25% azalaraq 52,49 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,16 dollar və ya 0,26% azalaraq 60,98 dollar təşkil edib.