Gündəm

Rusiya İrandan yeni PUA-lar alıb - Britaniya kəşfiyyatı

Rusiya İran istehsalı olan pilotsuz uçuş aparatlarının (PUA) yeni partiyasını alıb.

ENA.az xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyi Tvitter-də kəşfiyyat məlumatlarına istinadən məlumat yayıb.

İddia olunur ki, Rusiya bir neçə yüz “Shahed-131” və “Shahed-136” pilotsuz uçan aparatlarından ibarət əvvəlki ehtiyatını tükəndirib və çlox güman ki, indi əlavə PUA-lar alıb.

Kəşfiyyat qeyd edir ki, 2022-ci il dekabrın 6-da Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı 17 pilotsuz uçan aparatın, o cümlədən 14 “Sahed-136”nın vurulması barədə məlumat verib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)