Kommersiya sirrini yayanlar həbs olunacaq
Kommersiya, bank sirri olan məlumatları qanunsuz yolla əldə edənlər və yayanlar cəzalandırılacaq.
ENA.az xəbər verir ki, bu barədə Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində qeyd olunub.
Eləcə də oxu: Kommersiya sirrini necə qorumalı?
Azərbaycan Respublikası Qanunun layihəyəsində öz əksini tapıb. Qanuna görə, həmin şəxslər min manatdan üç min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma, müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.