Qarabağ

Sergey Lavrov: “Bakı ilə İrəvan arasında sülh müqaviləsi Almata Bəyannaməsi əsasında imzalanacaq”

Tərəflərin sülh müqaviləsinin Almata Bəyannaməsi əsaslanmasına razı olması yekun işi yüngülləşdirir.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycan XİN başçısı ilə danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ilə bağlı mövcud təkliflərdən danışan Lavrov qeyd edib ki Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı Rusiyanın təklifi çoxdan vardı: “Bu təklif bu ilin əvvəlində tərəflərə təqdim olunmuşdu. Praqada tərəflər sülh müqaviləsinin Almata Bəyannaməsi əsasında imzalanması barədə razılığa gəliblər. Tərəflər buna razıdırlar. Bu isə sülh müqaviləsi ilə bağlı vəzifənin həllini yüngülləşdirir”, deyə Rusiya XİN başçısı vurğulayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)