Gündəm

“Şimali Koreyaya qarşı konkret tədbirlər görüləcək” – Ceyk Sallivan

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan Koreya Xalq Demokratik Respublikasına (KXDR) qarşı konkret tədbirlər görüləcəyini bəyan edib.

ENA.az “Yonhap” agentliyinə istinadən xəbər verir ki, Sallivan bununla bağlı Yaponiya və Cənubi Koreya ilə birgə işlədiklərini söyləyib.

Onun sözlərinə görə, təsirli addımların atılması vacibdir: “Çəkindirici tədbirlər görülməlidir. Hazırda bu mövzuda Seul və Tokio ilə birlikdə çalışırıq”, - deyə ABŞ rəsmisi vurğulayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)