Gündəm

Putinin yaxın adamlarından biri istefa verdi

Rusiya Federasiyasının Hesablama Palatasının sədri Aleksey Kudrin istefa verib.

ENA.az Rusiya mətbuatına istinadən xəbər verir ki, A.Kudrin bu barədə ərizə yazaraq ölkə prezidenti Vladimir Putinə təqdim etdiyini bəyan edib.

Aleksey Kudrin 2000-2004-cü illərdə Rusiya baş nazirinin müavini, 2011-ci ilə qədər isə maliyyə naziri vəzifəsini daşıyıb. O, Hesablama Palatasının sədri postunu isə 2018-ci ildən bəri tuturdu.

Qeyd edək ki, A.Kudrin Vladimir Putinə yaxın olan kadrlardan biri hesab edilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)