Deputat: "Ölkəmizin adını dəyişdirməliyik"
Azərbaycanın adının dəyişdirilməsi təklif olunub.
ENA.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Qüdrət Həsənquliyev çıxış edib.
“Hesab edirəm ki, biz yeni konstitusiya tərtib etməliyik. İlk olaraq ölkəmizin adını dəyişdirməliyik. Ölkəmizin adı Şimali Azərbaycan olmalıdır. Bütün dünya bilməlidir ki, 200 il əvvəl Azərbaycan torpaqları İran rejimi tərəfindən işğal olunub. Necə ki, dünyada Şimali Koreya və Cənubi Koreya var, bizdə də belə olsun. Azərbaycan 200 il əvvəl iki imperiya tərəfindən bölünüb. Bu addım həm də Cənubi Azərbaycanlılar üçün stimul olar”, - deputat təklif irəli sürüb.