Sosial iqtisadiyyat

İqtisadi əməkdaşlıq bu şəxsə həvalə edilir - XİN-də təyinat

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin idarələrindən birinə rəisi təyin edilib.

Məlumata görə, Orxan Zeynalov XİN-nin İqtisadi əməkdaşlıq İdarəsinin rəisi təyin edilib.

O, 2020-ci ilin dekabrından Energetika Nazirliyində Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi idi.

Qeyd edək ki, O.Zeynalov 2002-2020-ci illər ərzində də bu XİN-də, o cümlədən Azərbaycanın ABŞ, Hindistan və Avstriya, Sloveniya və Slovakiyadakı səfirliklərində çalışıb.

Onun XİN-dəki hazırda rəisi olduğu İdarə nazir müavini olan Mahmud Məhəmməd-Quliyevin blokundadır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)