Gündəm

Polşa Ukraynaya “Patriot” sistemlərinin yerləşdirilməsini təklif edib

Polşanın müdafiə naziri Mariuş Blaşzak Ukraynaya “Patriot” sisteminin yerləşdirilməsi üçün Almaniyaya müraciət edib.

Bu barədə müdafiə naziri “Twitter”də bildirib.

“Rusiyanın növbəti raket hücumlarından sonra mən Almaniyaya müraciət etdim ki, Polşaya təklif olunan “Patriot” batareyaları Ukraynaya köçürülüb bu ölkənin Qərb sərhədində yerləşdirilsin. Bu, Ukraynanı gələcək qurbanlardan və elektrikin kəsilməsindən qoruyacaq və eyni zamanda Şərq sərhədimizdə təhlükəsizliyi artıracaq”, nazir vurğulayıb.

Xatırladaq ki, daha əvvəl Almaniya Polşaya “Patriot” sistemləri verməyi təklif edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)