KTMT Azərbaycanla sərhədə missiya göndərir
![](https://ena.az/uploads/news/2022-11/_ena_08541460a56248a3a58c9cba7_o.jpg)
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistana yardım tədbirləri haqqında qərar layihəsi hazırlayıb.
ENA.az xəbər verir ki, bu barədə KTMT-nin baş katibi Stanislav Zas İrəvanda təşkilata üzv ölkələrin xarici işlər və müdafiə nazirləri, eləcə də Təhlükəsizlik Şurası baş katiblərinin birgə iclasında deyib.
Ermənistan-Azərbaycan sərhədində gərginliyin davam etdiyini deyən Zas, qeyd edib ki, İrəvana yardım layihəsi tərəflərin rəy və təklifləri əsasında tərtib olunub.
“Bura KTMT-nin monitorinq missiyası da aiddir”, - baş katib bildirib.
Qeyd edək ki, bu gün İrəvanda liderlərin iştirakı ilə KTMT-nin sammiti keçirilir. Ermənistana yardım layihəsi də sammitdə müzakirə olunacaq.