MN: “Ağdam və Xocalıda qanunsuz erməni silahlı birləşmələrinin fəaliyyətlərinin qarşısı alınıb”
![](https://ena.az/uploads/news/2022-11/_ena_507ab08a6a8ea0986b7ce65cd_o.jpg)
Noyabrın 17-si saat 09:55-dən 14:45-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı birləşmələrinin üzvlərinin Ağdam və Xocalı rayonları ərazilərində döyüş mövqelərinin möhkəmləndirilməsi məqsədilə mühəndis tədbirləri icra etmələri Ordumuzun bölmələri tərəfindən müşahidə edilib.
Bu barədə ENA.az-a Müdafiə Nazirliyindən bildirilib.
Bu kimi fəaliyyətlər Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan baş nazirinin 10 noyabr 2020-ci ildə imzaladıqları üçtərəfli bəyanatın tələblərinin kobud şəkildə pozulmasıdır.
Həyata keçirilən qanunsuz ması məqsədilə Ordumuzun bölmələri tərəfindən zəruri tədbirlər görülüb.