Neft kəskin ucuzlaşdı

Dünya birjalarında neft kəskin ucuzlaşıb.
"BI" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1,48 dollar və ya 2,75% azalaraq 52,32 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 1,77 dollar və ya 2,32% azalaraq 60,97 dollar təşkil edib.