Gündəm

Polşa Rusiyaya nota verib

Rusiya səfiri Sergey Andreyev Polşa Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə Polşa XİN-dən məlumat verilib.

Bildirilib ki, Rusiyadan Polşa ərazisinə iki raketin düşməsi ilə əlaqədar rus diplomata etiraz notası təqdim edilib.

Xatırladaq ki, noyabrın 15-də Polşanın Ukrayna ilə sərhəddən 5 km məsafədə yerləşən Pşevodov kəndinə iki raket düşüb. Hadisə nəticəsində 2 nəfər ölüb. NATO üzvü olan Polşanın ərazisindəki partlayışın Rusiyanın ötən gün Ukraynaya genişmiqyaslı hava hücumu ilə əlaqədar olduğu güman edilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)