"Yüksək inflyasiya əhalinin alıcılıq qabiliyyətini zəiflədir"
“Bu gün Azərbaycanda yüksək inflyasiya var. Təkcə Azərbaycan deyil, bütün dünya ölkələri inflyasiyadan əziyyət çəkir”.
Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, inflyasiya hər bir vətəndaşın gəlirlərini azaldan faktordur: “Ona görə hökumət maraqlıdır ki, inflyasiya azalsın. Bizim gəlirlərimiz artsa da, biz istəyirik ki, inflyasiya azalsın. Yüksək inflyasiya əhalinin alıcılıq qabiliyyətini zəiflədir. Hazırda dünya bazarlarında neft-qaz satışı üzrə münbit şərait var. Amma bundan ölkəmizə gələn gəlirlər daha çox xərclərin qarşılanmasına yönəlir. Ona görə də biz xərclərə ehtiyatlı yanaşmalıyıq”.