Gündəm

ABŞ Ukraynanın müdafiəsi üçün 50 ölkəni toplantıya çağırıb

ABŞ dünyanın 50-dən çox ölkəsinin iştirakı ilə Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun (Ramştayn formatında) yeddinci iclasını çağırıb.

Məlumata görə, Pentaqonun sözçüsü Sabrina Sinq brifinqdə bildirib ki, iclas gələn həftə çərşənbə günü onlayn keçiriləcək.

Sinq Ukraynaya planlaşdırılan yeni silahların təhvil verilməsi ilə bağlı təfərrüatlara varmayıb, lakin qeyd edib ki, “döyüş meydanı dəyişdikcə fərqli texnikadan danışırıq”.
"Gələn həftə dövlət katibi Blinken Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun yeddinci iclasını çağıracaq. Bu görüş dövlət katibinə və təxminən 50 ölkənin müdafiə nazirə Ukraynanın suverenliyini Rusiyanın gələcək təcavüzündən qorumaq üçün onu müvafiq vasitələrlə təmin etmək səylərinin müzakirəsinə imkan yaradacaq”, - Sinq bildirib.
Pentaqonun sözçüsü təcavüzkara qarşı mübarizənin davam etdiyini vurğulayıb.
Ukrayna Silahlı Qüvvələrinin Xerson istiqamətində əks hücumu fonunda Vaşinqton oktyabrın 10-da axşam Ukraynaya 400 milyon dollarlıq yeni hərbi yardım paketini elan edib.

Paketə yeni İspan Hawk hava hücumundan müdafiə sistemləri, Stinger raketləri ilə Amerika Avenger hava hücumundan müdafiə sistemləri, eləcə də milyonlarla sursat, xüsusilə atıcı silahlar üçün təminat daxildir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)