Sənaye

Gələn il cəmi 8 rayona pul ayrılacaq - DETALLAR

Gələn il dövlət büdcəsindən cəmi 8 rayona vəsait ayrılacaq.

ENA.az xəbər verir ki, bu barədə 2023-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsində qeyd olunub.

Layihəyə əsasən, 58 rayon və şəhər gələn il yerli gəlir və xərcləri tənizmləmək üçün mərkəzləşdirilmiş xərclərdən vəsait almayacaq və özünümaliyyələşdirmə prinsipi ilə işləyəcək.

Qeyd edək ki, bu il dövlət büdcəsindən 14 rayon vəsait alır. Gələn il həmin rayonlardan altısı özünü maliyyələşdirmə prinsipi ilə işləməli olacaqlar.

Belə ki, layihəyə əsasən, Cəbrayıl (dövlət büdcəsindən 1 milyon 521 min manat ayrılacaq), Xocavənd (1 milyon 367 min manat), Xocalı (1 milyard 168 milyon manat), Kəlbəcər (2 milyon 347 min manat), Laçın (1 milyon 797 min manat), Lerik (1 milyon 161 min manat), Yardımlı (2 milyon 184 min manat) və Zəngilan (761 min manat) gələn il dövlət büdcəsindən vəsait ala biləcəklər.

Dövlət büdcəsindən rayonlara gələn il cəmi 12 milyon 306 min manat vəsait ayrılacaq.

Ağdam (dövlət büdcəsindən bu il 4 milyon 980 min manat nəzərdə tutulub), Balakən (1 milyon 612 min manat), Goranboy (2 milyon 156 min manat), Qax (5 miyon 476 min manat), Oğuz (2 milyon 484 min manat) və Zərdab (2 milyon 917 min manat) bu il dövlət büdcəsindən vəsait alsalar belə, 2023-də bu rayonlara pulun verilməsi nəzərdə tutulmayıb.

Gələn il büdcədən vəsait alacaq 8 rayonun altısı Qarabağ və Şərqi Zəngəzurda yerləşir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)