Ukrayna əsilli qadın NATO-nun baş katibi ola bilər
![](https://ena.az/uploads/news/2022-11/_ena_06ff0ec3411ee2455d8a001c4_o.jpg)
“ABŞ Xrist Frilandı NATO-nun gələcək baş katibi kimi görür”.
Bu barədə “New York Times” nəşri yazıb.
X.Friland hazırda Kanada baş nazirinin müavinidir.
Xanım Friland 2019-cu ildən bəri bu vəzifəni tutur. Məlumata görə, onun valideynlərindən biri ukraynalıdır. Xəbərdə bildirilir ki, ABŞ Ukrayna əsilli kanadalı siyasətçini NATO-nun baş katibi kimi görür.
Qeyd edək ki, hazırda hərbi alyansın baş katibi Yens Stoltenberqdir və onun səlahiyyət müddəti 2023-cü ilin payızında bitir.