Elm və Texnologiya

“Twitter”-də redaktə etmək funksiyasından hamı istifadə edə biləcək

“Twitter”-də redaktə etmək funksiyasından hamı istifadə edə biləcək.

Hər hansısa “tweet”i paylaşmış şəxs sözügedən funksiya vasitəsilə paylaşılmış “tweet”i redaktə edə bilər. Lakin sözügedən funksiya “TwitterBlue”adlı aylıq abunəlikdən istifadə edənlər üçün anons edilmişdi. Yəni tweet-lərin redaktə edilməsi funksiyasından adi “Twitter” istifadəçiləri istifadə edə bilməyəcəkdilər. Lakin yaxın zamanda bu vəziyyət dəyişə bilər.

“Tweet”lərin redaktə edilməsi funksiyası bütün istifadəçilər üçün aktiv olacaq. Bu qərarı “Twitter”-in yeni sahibi olan İlon Mask açıqlayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)