Sosial iqtisadiyyat

Rusiyadakı azərbaycanlılar əmlaklarını satır, pulu Azərbaycana göndərirlər 

2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda banklar sürətli pul köçürmələri sistemləri vasitəsilə 3 milyard 586,7 milyon manat məbləğində vəsait əldə edib, bu isə 2021-ci ilin 9 ayının göstəricisindən 2,5 dəfə çoxdur.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, birinci rübdə banklar sürətli pul köçürmələri sistemləri vasitəsilə 295,6 milyon manat, ikinci rübdə - 1 milyard 819,8 milyon manat, üçüncü rübdə - 1 milyard 471,3 milyon manat məbləğində vəsait əldə edib.

Ümumilikdə, 9 ay ərzində banklar sürətli köçürmə üzrə 2 milyon 665,1 min əməliyyat “qəbul ediblər”.

Artım əsasən Rusiyada yaşayan azərbaycanlılar tərəfindən ölkəmizə edilən köçürmələrlə əlaqədardır. Bəzi hallarda mənzil satışı və biznes və digər əmlakların köçürülməsinə əsaslanan vəsaitlərin köçürülməsi ilə əlaqədardır. 

AMB-nin məlumatına görə, 2022-ci ilin 9 ayı ərzində sürətli pul köçürmələri sistemləri vasitəsilə 487,5 milyon manat göndərilib, bu isə 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 44,3% azdır. Ölkədən pulların köçürülməsi üzrə cəmi 459,8 min əməliyyat həyata keçirilib və burada azalma 34,5%-dir.

Ümumiyyətlə, hazırda bankların fəaliyyəti üçün çox həssas bir dövrdür. Ona görə də, ölkəyə daxil olan və ya ölkədən çıxan pullarla bağlı banklar şübhəli əməliyyatlar gördükdə bu barədə müvafiq oqranları məlumatlandırırlar.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department