Sosial iqtisadiyyat

Gələn il pensiyalar bu qədər artacaq - MƏBLƏĞ

Gələn il pensiyaların 14.5, 15 faiz artacağı gözlənilir.

ENA.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Onun sözlərinə görə, artımlar bütün pensiyaçılara şamil ediləcək. Komitə sədri vurğulayıb ki, növbəti il dövlət büdcəsinin təqribən 48 faizini sosial müdafiə xərcləri təşkil edəcək.

Qeyd edək ki, 2023-cü ilin dövlət büdcəsi sosialyönlü olaraq proqnozlaşdırılıb. Gələn il sosial sahəyə 15,2 milyard manat vəsait ayrılması nəzərdə tutulur ki, bu da 2022-ci illə müqayisədə 1,3 milyard manat və ya 9,3 faiz çoxdur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)