Qarabağ

Türkiyə şirkəti Füzulidə 4 milyon manatlıq iş görəcək

Tikilməkdə Olan Meliorasiya və İrriqasiya Obyektlərin Birləşmiş Müdiriyyəti “SUPEK” Proje Müşavirlik A.Ş. ilə 4 milyon manatlıq müqavilə bağlayıb.

ENA.az xəbər verir ki, müqavilədə Füzuli rayonunun işğaldan azad olunmuş ərazilərində meliorasiya və su təsərrüfatı kompleksinin bərpası və inkişafı üzrə texniki-iqtisadi əsaslandırmanın və layihə sənədlərinin hazırlanması nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 3 505 000 manatdır.

Qeyd edək ki, SU PEK Proje və Müşavirlik A.Ş., ölkədə və xaricdə dövlət və özəl sektorlara Mühəndislik və Məsləhətçilik xidmətlərini təqdim edən mühəndislik şirkətidir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)