Türkiyə təyyarə və tank istehsal edəcək
Türkiyə bütün yüngül silahlar, helikopterlər, haubitsalar, pilotsuz uçuş aparatları və gəmiləri milli səviyyədə istehsal edir.
ENA.az-ın məlumatına görə, bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar deyib.
"Biz bu səviyyəni daha da irəli aparmalıyıq. Geriyə nə qaldı? Təyyarə qaldı, tank qaldı. Biz həm təyyarələr, həm də tanklar istehsal edəcəyik. Şükürlər olsun ki, bunun üçün işçilərimiz, infrastrukturumuz, mühəndislərimiz var. Bir tərəfdən vəqf şirkətləri, universitetlər, digər tərəfdən özəl şirkətlər və ictimaiyyət - bunlar bir yumruq kimi işləyir. Ölkəmizin təhlükəsizliyi, yaşaması və rifahı baxımından biz yerli və milli səviyyədə ordumuzun olmazsa olmazına cavab verməliyik", - deyə Akar qeyd edib.